21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Əvvəl Avropa, indi ABŞ - Yeni epidemiya qorxu yaratdı

Əvvəl Avropa, indi ABŞ - Yeni epidemiya qorxu yaratdı

Yalnız Afrika qitəsində rast gəlinən "Meymun çiçəyi"nin son vaxtlar Avropada artması və virusun ABŞ-yə yayılması dünyada panikaya səbəb olub.

GununNebzi.az-
ın xarici mediaya istinadən məlumatına görə, Massaçusetsli bir kişiyə Kanadaya səfər etdikdən sonra meymun çiçəyi diaqnozu qoyulub.

Xəstəliklərə Nəzarət Mərkəzləri və Massaçusets İctimai Səhiyyə Departamenti yoluxmanı təsdiqləyib.

Ən çox görülən simptomları dərinin qabıq qoyması və qabarcıqlar yaranması, qızdırma, bel və əzələ ağrısı, limfa düyünlərinin şişməsidir.

Meymun çiçəyi 1958-ci ildə tədqiqat üçün labaratoriya şəraitində saxlanılan meymunlarda çiçək xəstəliyinə bənzər epidemiya baş verdikdə aşkar edilib.

İnsana yoluxma halı ilk dəfə 1970-ci ildə Konqo Demokratik Respublikasında qeydə alınıb və infeksiya o vaxtdan bəri bir sıra Mərkəzi və Qərbi Afrika ölkələrində baş verməkdə davam edir.

“Nadir virus infeksiyası” kimi təsvir edilən bu xəstəlik adətən dələ kimi virus daşıyıcısı olan heyvanlarla birbaşa təmasda olur.

Bununla belə, yoluxmuş şəxslə çox yaxın təmas zamanı da ötürülə bilər.

Son günlər Avropada çox sayda yoluxma halına rast gəlinməsi və hətta ABŞ-yə da sirayət etməsi alimləri narahat edib.

Meymun çiçəyi adətən yüngül keçir və əksər xəstələr müalicə olunmadan bir neçə həftə ərzində sağalırlar.

Ancaq bu xəstəlik ölümcül ola bilər.

Virus yoluxduğu insanların 10 faizini öldürür.

Daha yüngül növlərdə ölüm nisbəti 100-də 1-ə yaxındır.

Meymun çiçəyi çiçək xəstəliyinə səbəb olan virusla yaxından əlaqəli olduğundan, çiçək xəstəliyinə qarşı peyvəndlər insanları meymun xəstəliyinə yoluxmaqdan da qoruya bilər.

Bu virusa xas olan “Jynneos”, “Imvamune” və ya “Imvanex” kimi tanınan peyvənd ABŞ-da lisenziyalıdır, lakin bu vaksin İngiltərədə hələ təsdiqlənməyib.

Peyvənd meymun çiçəyi infeksiyasının qarşısının alınmasında təxminən 85 faiz effektivdir.

Virus əleyhinə dərmanlar və çiçək xəstəliyinə qarşı peyvənd edilmiş insanlardan alınan qan da ağırlaşan zaman müalicədə istifadə edilə bilər.

Bu yaxınlarda Kanadaya səfər edən şəxsin bu il ABŞ-də görülən ilk yoluxma hadisəsi olduğu açıqlanıb.

Amma rəsmilər daha çox ola biləcəyini düşünür və buna hazırlaşır.

Tarix: 19-05-2022, 11:17 Oxunub: 60


Bölməyə aid digər xəbərlər