23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
DSX-nın yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu

DSX-nın yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu

Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin qalibi "ME.GA.AN" MMC olub.

GununNebzi.az
Yeniavaz.com-a istinadən xəbər verir ki, DSX MMC-dən 40 min ədəd mələfə və 30 min ədəd balınc üzü alacaq.
Buna görə Dövlət Xidməti "ME.GA.AN" şirkətinə 467 min 280 manat ödəyəcək
.
Məlumat üçün bildirək ki, "ME.GA.AN" MMC 2 iyun 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC Bakı şəhəri, Sabunçu rayonu, Sabuçnu STQ, şəhər şossesi döngə 1, ev 7 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənəliyev Mehman Ənvər oğludur.

Məlumat üçün bildirək ki, ME.GA.AN" MMC-nin bu günə olan məlumata görə dövlət büdcəsinə 23 min 365 manat 17 qəpik vergi borcu var.

Xatırladaq ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə qadağandır.
DSX-nın yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu

Tarix: 13-06-2022, 01:56 Oxunub: 112


Bölməyə aid digər xəbərlər