21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Teleqramda “18+” kanallar açan yeniyetmə cərimələndi

Teleqramda “18+” kanallar açan yeniyetmə cərimələndi

Məhkəmə Bakıda teleqramda “18+” məzmunlu kanallar açan 2004-cü il təvəllüdlü Oqtay Bəşirov (ad-soyad) barədə qərar verib.

GununNebzi.az
xəbər verir ki, işə Səbail Rayon Məhkəməsində baxılıb.

Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə təqsirləndirilən yeniyetmə, 2021-ci ilin iyun ayından başlayaraq qeyri-etik adlardan istifadə edərək teleqram kanalları açıb. O, daha çox izləyici toplamaq məqsədiylə pornoqrafik materiallar paylaşıb.

Maraqlıdır ki, Oqtay Bəşirov idarə etdiyi kanallar vasitəsilə reklam gəlirləri də əldə edib. Belə ki, Azərbaycanda qeyri-qanuni hesab olunan iki mərc şirkəti Oqtayın “18+” kanallarına aylıq 200 manat ödəniş edib. O, ümumilikdə bu üsulla 1500 manatadək gəlir əldə edib.

Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, cinayəti törədən zaman yetkinlik yaşına çatmamasını və əməlini etiraf etməsini nəzərə alınmasını xahiş edib.

Məhkəmənin qərarı ilə Oqtay Bəşirov Cinayət Məcəlləsinin 242-ci maddəsi ilə (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində cərimə olunub.(qafqazinfo)

Tarix: 8-07-2022, 08:49 Oxunub: 54


Bölməyə aid digər xəbərlər