13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Azərbaycana Qara dənizdən xam şəkər daşıyan üç yük vaqonu aşdı

Azərbaycana Qara dənizdən xam şəkər daşıyan üç yük vaqonu aşdı

"Azərbaycan Dəmir Yollar" QSC ötən gün Saatlı stansiyası ərazisində baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

GununNebzi.az
xəbər verir ki, qurumdan bildirilib ki, 09.07.2022-ci il tarixində saat 20:30 radələrində dəmir yolunun Saatlı stansiyasının yaxınlığında hadisə baş verib: "Belə ki, Qara dənizdən ölkəmizə xam şəkər daşıyan Gürcüstan dəmir yollarına məxsus 3 yük vaqonu aşıb. İlkin ehtimala görə, hadisəyə vaqonlardan birində texniki nasazlıq (təkər cütü oxunun boynunun sınması) səbəb olub. Əraziyə "Azərbaycan Dəmir Yollar" QSC-nin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti cəlb edilib. Baş vermiş qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər icra olunur".

Qeyd edək ki, qəza zamanı həlak olan və ya xəsarət alan yoxdur. Dəmir yolu infrastrukturuna dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Yaxın saatlarda Saatlı-İmişli mənzilində qatarların hərəkəti bərpa olunacaq.

VİDEO linkə daxil ol
"Unikal"

Tarix: 10-07-2022, 13:15 Oxunub: 48


Bölməyə aid digər xəbərlər