02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Nazir Kollegiya iclası keçirdi - Fotolar

Nazir Kollegiya iclası keçirdi - Fotolar

Daxili İşlər Nazirliyində (DİN) 2022-ci ilin 6 ayının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclası keçirilib.

DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, iclasda nazir Vilayət Eyvazov bu ilin birinci yarısında qarşıya qoyulmuş tapşırıqların icrasında fərqləndiklərinə görə 26 əməkdaşın dövlət mükafatlarına layiq görüldüyünü, rəhbər vəzifəli 4 əməkdaşa ali xüsusi rütbə verildiyini deyib.

Nazirin birinci müavini Seyfulla Əzimov ötən 6 ayda daxili işlər və prokurorluq orqanları üzrə 17 411 cinayətin qeydə alındığını, onların 84 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər olduğunu, 90,2 faizinin açılmasının təmin edildiyini qeyd edib. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 233, “isti izlər”lə 1207 cinayətin açıldığını, axtarışda olan 2 685, o cümlədən ağır və xüsusilə ağır cinayətlərdə təqsirləndirilən 295 şəxsin tutulduğunu, dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın 89,2 faiz ödətdirildiyini vurğulayıb.

Məruzəçi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilmiş tədbirlərlə 473 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 125 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, ötən ilin 6 ayı ilə müqayisədə qeyri-leqal dövriyyədən 132 kiloqram çox - 1 ton 975 kiloqram narkotik vasitə çıxarıldığını, qanunsuz kultivasiya olunan 105 ton narkotik xassəli bitkinin aşkarlanıb məhv edildiyini nəzərə çatdırıb.

Həmçinin bildirib ki, Nazirliyin rəhbərliyi tərəfindən 1362 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti öz qanuni həllini tapıb.
Nazir Kollegiya iclası keçirdi - Fotolar
Nazir Kollegiya iclası keçirdi - Fotolar

Tarix: 15-07-2022, 18:44 Oxunub: 44


Bölməyə aid digər xəbərlər