23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
6 ayda 13 mindən artıq cinayət qeydə alınıb

6 ayda 13 mindən artıq cinayət qeydə alınıbƏməliyyat-axtarış və istintaq fəaliyyətinin subyekti olan dövlət qurumları üzrə 13 min 310 cinayət hadisəsi qeydə alınıb. Bu cinayətlərin 94,7 faizinin daxili işlər və prokurorluq orqanları tərəfindən istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olmaqla 87,2 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlər təşkil edib.

GununNebzi.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2020-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahələrində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bir çox cinayətlərin sayında azalma qeydə alınıb. Belə ki, qəsdən adam öldürmələr 6, adam öldürməyə cəhdlər 16,3, qəsdən sağlamlığa az ağır zərər vurmalar 4,2, mülkiyyət əleyhinə olan cinayətlər 4,8, xuliqanlıqlar 27, yetkinlik yaşına çatmayanların cinayətləri 19,6, ailə münaqişəsi zəminində hüquqpozmalar 6,2, odlu silahın tətbiqi ilə baş verən cinayətlər 33,3, ictimai yerlərdə törədilən cinayətlər 21,5, yol-nəqliyyat hadisələri 7,5, qəzalarda ölənlərin sayı 5, xəsarət alanların sayı 6 faiz azalıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 241 cinayətin açılması, axtarışda olan 1821 şəxsin tutulması da məhz hesabat dövründə təmin edilib.


Tarix: 21-07-2020, 21:10 Oxunub: 98


Bölməyə aid digər xəbərlər