15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
İş adamı Mirəkbər Şükürovun ölkədən çıxışına “stop” qoyuldu

İş adamı Mirəkbər Şükürovun ölkədən çıxışına “stop” qoyuldu

Tanınmış iş adamı Mirəkbər Şükürovun ölkədən çıxışına qadağa qoyulub.

GununNebzi.az-
ın“Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə qərar Bakı Kommersiya Məhkəməsi tərəfindən çıxarılıb. İş adamı vergi borcunu ödəmədiyi üçün Dövlət Vergi Xidməti tərəfindən onun barəsində məhkəmədə iddia qaldırılıb. Hakim Zeynəb Axundovanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub. M.Şükürov sahibi olduğu “Masera” MMC-nin 30 min manatdan çox vergi borcunu ödəmədiyi üçün Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqətti məhdudlaşdırılıb.

Qeyd edək ki, “Masera” şirkəti Azərbaycanda 2012-ci ildən fəaliyyət göstərir və ölkənin ən böyük soyuducu anbar və istixanak komplekslərindən biri kimi tanınır.

Şirkətin Masallıda 1,2 min tonluq soyuducu anbar və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi var.

Tarix: 15-07-2022, 20:53 Oxunub: 31


Bölməyə aid digər xəbərlər