15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
Tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyuldu

Tanınmış iş adamının ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanlı iş adamı, “Konstra” MTK-nin rəhbəri Bəsrət Abbaslının ölkədən çıxışına qadağa qoyulub.

GununNebzi.az
xəbər verir ki, Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiası əsasında Bakı Kommersiya Məhkəməsi tərəfindən B.Abbaslı barəsində yekun məhkəmə aktı çıxarılıb. “Konstra” MTK-nin dövlət büdcəsinə 73 min manat vergi borcu var.

Qeyd edək ki, B.Abbaslı Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin sabiq müdiri Bəhram Abbaslının oğludur.

“Konstra” MTK isə bir neçə dəfə barəsindəki şikayətlərlə gündəmə gəlib. Ötən ilin iyununda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən şirkətin təsisçilərinə qarşı cinayət işi başlanılıb. Belə ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edib rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmək, pul vəsaitlərini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

Bu araşdırmalardan sonra Bəhram Abbaslı Hesablama Palatasındakı vəzifəsindən azad edilib.

“Qafqazinfo”

Tarix: 2-11-2021, 17:18 Oxunub: 207


Bölməyə aid digər xəbərlər