01:09 / 31-01-2025
Bakıya məktəb avtobusları gətiriləcək
01:06 / 31-01-2025
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
22:03 / 30-01-2025
Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır
22:00 / 30-01-2025
Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş
17:32 / 30-01-2025
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
17:25 / 30-01-2025
Azərbaycanlı iş adamı 20 milyon girov qoyub azadlığa çıxdı
17:24 / 30-01-2025
İlham Əliyev Trampa başsağlığı verdi
17:18 / 30-01-2025
Tanınmış ekspert həbs edildi
10:19 / 30-01-2025
Təlim maşını ilə qəza törətdi - Ölən var
09:31 / 30-01-2025
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu, 19 ölü - Video - Yenilənib
00:10 / 30-01-2025
Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı
00:06 / 30-01-2025
Salyanda bir ailənin 4 üzvü qəzada həlak oldu
21:56 / 29-01-2025
Restoran rəhbəri “TikTok”da canlı açan ofisiantı döydü - Bu cəza verildi
21:55 / 29-01-2025
Suriya Rusiyadan Əsədin ekstradisiyasını tələb edir
19:41 / 29-01-2025
Azərbaycanın Xalq artisti xəstəxanaya yerləşdirildi
19:39 / 29-01-2025
Metro rəisinin işdən çıxarılmasının SƏBƏBİ
19:32 / 29-01-2025
Sərnişin təyyarəsi Xəzər dənizi üzərində həyəcan siqnalı verdi - TƏCİLİ
19:31 / 29-01-2025
Keçmiş məmurlar indi nə edirlər? - Həbsdə, işsiz...
18:40 / 29-01-2025
Məzahir Pənahov xanımı ilə səsvermədə - Fotolar
18:38 / 29-01-2025
Tramp qərar verdi - 709 Azərbaycan vətəndaşı ölkədən çıxarılır
18:36 / 29-01-2025
Naxçıvanda qətl törədildi - Saxlanılan var
18:35 / 29-01-2025
Məhbuslara gizlicə telefon verən nəzarətçi cəzalandırıldı
16:19 / 29-01-2025
Səfirimizin Rusiya XİN-ə çağırılmasına - Rəsmi reaksiya
16:15 / 29-01-2025
“Qərara gəlin, yoxsa vəziyyət daha da pisləşəcək”“Qərara gəlin, yoxsa vəziyyət daha da pisləşəcək”
11:49 / 29-01-2025
İlham Əliyev Si Cinpini təbrik etdi
11:45 / 29-01-2025
İlham Əliyev səs verdi - Fotolar
11:42 / 29-01-2025
ABŞ-də qırıcı təyyarənin qəza anı - Video
09:28 / 29-01-2025
Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yola düşdü
08:47 / 29-01-2025
İtaliyanın Baş naziri ilə bağlı araşdırma başladılıb
07:30 / 29-01-2025
“Lukoil”in neft emalı zavoduna PUA hücumu - Video
01:21 / 29-01-2025
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitə bilər
İntihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması... - KİV-ə XƏBƏRDARLIQ
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyiı mediada intihar hallarının işıqlandırılması ilə bağlı narazılıqlara münasibət bildirib.
Agentlikdən verilən xəbərdə bildirilib ki, son zamanlar bir sıra media subyektləri tərəfindən intihar halları ilə bağlı xəbərlərin geniş tirajlanması, xüsusən də yetkinlik yaşına çatmayan şəxslərin özünə qəsd etməsi ilə əlaqədar mövzuları işləyərkən jurnalist peşəkarlığı baxımından yol verilən qüsurlar cəmiyyətdə narahatlıq yaratmaqla, haqlı olaraq ictimai narazılığa səbəb olur.
Agentlik xüsusi vurğulayıb ki, Azərbaycan Respublikasının Audiovizual Şurası və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən bu ilin aprel ayında ölkənin bütün media subyektlərinə tövsiyə olunmuş “Redaksiya siyasəti və peşə etikası qaydaları”nda qeyd olunduğu kimi intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalıdır: "İntiharın üsulunu və hadisənin detallarını açıqlamaq, başlığa çıxarmaq, mübaliğəyə yol vermək arzuolunan deyil, eyni zamanda jurnalist peşəkarlığının göstəricisi hesab edilə bilməz.
Zorakılıq, intihar və s. bu kimi insanların sağlamlığına və təhlükəsizliyinə dair mənfi təzahürlərlə bağlı məlumatlar adekvat tərzdə işıqlandırılmalı, onların təbliğinə və təsir gücünün artırılmasına yol verilməməlidir.
Eyni zamanda əhalinin həssas qruplarına, uşaqların, yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vuran məlumat, o cümlədən təsvirlərdən istifadə olunmamalıdır. Xatırlatmağı zəruri hesab edirik ki, uşaqlara münasibətdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə birmənalı şəkildə əməl edilməlidir.
Unutmaq olmaz ki, peşəkar media ictimai əhəmiyyətli informasiyalarla cəmiyyəti məlumatlandırmaq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirir. İntihar halları və bu qəbildən olan digər təzahürlərlə bağlı materialları işıqlandırarkən medianı ictimaiyyət qarşısındakı məsuliyyətinə diqqətlə yanaşmağa və peşəkar həssaslıq nümayiş etdirməyə çağırırıq.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-07-2022, 17:38 Oxunub: 32
Bölməyə aid digər xəbərlər
2-07-2021, 11:28
Medianın İnkişafı Agentliyi açıqlama yaydı
8-02-2022, 19:53
Medianın İnkişafı Agentliyinə yeni səlahiyyətlər verildi
9-05-2022, 14:46
MEDİA jurnalistə qarşı hücumla bağlı məlumat yaydı
8-02-2022, 13:26
Rüstəm Əbülfətoğlu MEDİA-dan getdi