Azərbaycanlı iş adamı 20 milyon girov qoyub azadlığa çıxdı

Azərbaycanlı iş adamı 20 milyon girov qoyub azadlığa çıxdı
Rusiyanın “Ximki” futbol klubunun investoru, azərbaycanlı biznesmen Tufan Sadıqov barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilib.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı “Forbes.ru” portalı yayıb.

Məhkəmə yanvarın 23-də biznesmenin girov müqabilində ev dustaqlığından azad edilməsi barədə qərar çıxarıb və həmin qərar yanvarın 28-də qüvvəyə minib.

Portal məbləğin dəyərini açıqlamasa da, Rusiyanın “Mash” teleqram kanalı iş adamının 20 milyon rubl (təqribən 343 000 AZN) girov müqabilində azad edildiyini yazıb.

Qeyd edək ki, Moskvanın Golovinski məhkəməsi ötən il dekabrın 11-də biznesmen barəsində 1 ay 18 sutka müddətə ev dustaqlığı qətimkan tədbiri seçib. Tufan Sadıqov xüsusilə külli miqdar vəsaitlə dələduzluqda ittiham olunur. İstintaq məlumatına görə, Sadıqov və bir qrup şəxs əlaqəli olduqları şirkətlərlə saxta kredit müqavilələri bağlayıb, geri qaytarmaq niyyətində olmadıqları vəsaiti əldə ediblər və bununla da banka külli miqdarda zərər vurublar.

(Qafqazinfo)


Tarix: Dünən, 17:25 Oxunub: 2


Bölməyə aid digər xəbərlər