02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Elçin Sadıqov ev dustaqlığına buraxıldı - Yenilənib

Elçin Sadıqov ev dustaqlığına buraxıldı - Yenilənib

Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqovla bağlı qərar elan olunacaq.

GununNebzi.az
xəbər verir ki, ötən gün Bakı Apellyasiya Məhkəməsinə hakim Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qərarın elan olunması bu günə təxirə salınmışdı.

Vəkilləri Elçin Sadıqovun barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsini, ev dustaqlığına buraxılmasını istəyir. Ötən gün keçirilən iclasda məlum olub ki, o, həbs olunduğu gündən (11 sentyabr) aclığa başlayıb. Müdafiəçilərinin bildirdiyinə görə, E.Sadıqov yalnız su qəbul edir, yemək yemədiyi üçün bir qədər çəki itirib.

***

Məhkəmə qərar elan edib. Elçin Sadıqovun apellyasiya şikayəti təmin edilib. Bu barədə "Qafqazinfo"ya onun vəkili Cavad Cavadov məlumat verib. Qərara əsasən, E.Sadıqov barəsindəki həbs qətimkan dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunub. Elçin Sadıqov məhkəmə zalından birbaşa azad edilib.​

Qeyd edək ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. O, Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanılırdı.

E.Sadıqov vəkili olduğu iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.

Tarix: 17-09-2022, 15:49 Oxunub: 34


Bölməyə aid digər xəbərlər