21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
“Həbs olunduğu gündən Elçinlə görüşə bilməmişik” - Yenilənib

“Həbs olunduğu gündən Elçinlə görüşə bilməmişik” - Yenilənib

Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqovun azadlığa buraxılması üçün apellyasiya şikayəti verilib.

Bu barədə “Qafqazinfo”ya onun həmkarı, vəkil Bəxtiyar Hacıyev bildirib. O qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinə müvafiq şikayət göndərilib. Şikayətə 15 sentyabr saat 15:30-da hakim Zəki Babayevin sədrliyi ilə baxılacaq.

Bundan başqa Bəxtiyar Hacıyev 3 gündür həbsdə olmasına baxmayaraq, hələ də Elçin Sadıqovla görüşə bilmədiklərini deyib: “Görüş üçün Baş Prokurorluğun icazəsi olmalı və buna şərait yaradılmalıdır. Lakin həbs olunduğu gündən Elçinlə görüşə bilməmişik. Nə mənə, nə də digər vəkil həmkarıma şərait yaradılmır”.

Məsələ ilə bağlı Baş Prokurorluğa sorğu ünvanlamışıq.

Qeyd edək ki, sentyabrın 10-da Baş Prokurorluq tərəfindən saxlanılan E.Sadıqov barəsində Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə cinayət işi başlanıb. Binəqədi Rayon Məhkəmənin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

E.Sadıqov müvəkkili, iş adamı Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət alınaraq jurnalist Əvəz Zeynallıya verilməsində vasitəçilik etməkdə ittiham olunur.

***

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, təqsirləndirilən şəxs Sadıqov Elçin Əli oğlu öz istəyi ilə dəvət edilmiş vəkillər-Şəhla Hümbətova, Bəxtiyar Hacıyev və Cavad Cavadovun cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən hüquqi xidmətləri ilə təmin edilib.

Tarix: 13-09-2022, 16:44 Oxunub: 20


Bölməyə aid digər xəbərlər