21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Polis bölməsinə sərxoş halda gələn qadın müəllim barədə DİN-dən - Açıqlama

Polis bölməsinə sərxoş halda gələn qadın müəllim barədə DİN-dən - Açıqlama

Daxili İşlər Nazirliyi Bakıda polis bölməsinə sərxoş halda gələn qadın müəllim barəsində inzibati protokol tərtib edilməsi ilə bağlı yayılan xəbərlərə cavab verib.

DİN-nin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev "Qafqazinfo"ya bildirib ki, hadisə cari ilin iyunun 10-da baş verib:

"Vətəndaş qarşılaşdığı problemlə bağlı “102” Xidməti-zəng Mərkəzinə etdiyi müraciətə əsasən ərizə yazmaq üçün Binəqədi RPİ-nin 4-cü PŞ-nə dəvət olunub. Lakin vətəndaş Polis Şöbəsinə sərxoş halda avtomobil idarə edərək gəldiyindən və daha sonra polis əməkdaşları ilə əsassız mübahisə etdiyindən, yarana biləcək hər hansı təhlükənin qarşısını almaq məqsədilə vətəndaşın sərxoş halda avtomobil idarə etməsinin qarşısı Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən alınıb, avtomobil cərimə meydançasına təmin olunub və vətəndaş barədə qanunamüvafiq tədbirlər görülüb".

Tarix: 27-07-2022, 19:04 Oxunub: 38


Bölməyə aid digər xəbərlər