18:04 / 27-01-2025
Körpə doğuş vaxtı öldü
17:58 / 27-01-2025
Bu qanunda dəyişiklik edildi
17:02 / 27-01-2025
Prezident onu təltif etdi
14:06 / 26-01-2025
Ərdoğan Xocalıya gələcək
AQTA-dan XƏBƏRDARLIQ: Bu qəndləri almayın

AQTA-dan XƏBƏRDARLIQ: Bu qəndləri almayın

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qənd məhsulları ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb.

GununNebzi.az
xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində ölkə ərazisində qənd istehsalı müəssisələrində aparılan monitorinqlər zamanı ticarət şəbəkələrində satışı həyata keçirilən qənd məhsullarından nümunələr götürülərək müayinələrə cəlb olunub və bir sıra məhsullarda kükürd-dioksidin (SO2) kütlə payının normativ sənəddə göstərilən həddən yüksək olduğu aşkar edilib.

Müəyyənləşdirilmiş faktlarla əlaqədar qanunvericiliyə uyğun olaraq, həmin məhsulların satışdan çıxarılması ilə bağlı müvafiq qərarlar qəbul edilib, həmçinin tədbirlərin görülməsi və nəticəsi barədə Agentliyə məlumat verilməsi üçün istehsalçı şirkətlərə müraciət olunub.

Yoxlamalar nəticəsində tərkibindəki kükürd-dioksidin kütlə payının normadan artıq olduğu müəyyən edilmiş əmtəə nişanları və istehsal müəssisələrinin siyahısı:
AQTA-dan XƏBƏRDARLIQ: Bu qəndləri almayın

AQTA-dan XƏBƏRDARLIQ: Bu qəndləri almayın

AQTA istehsalçı şirkətləri qeyd olunan məhsul partiyalarını satış şəbəkələrindən dərhal geri çağırmağa, istehlakçıları isə bu məhsullardan istifadə etməməyə çağırır, istehlakçılar tərəfindən həmin məhsullar satış şəbəkələrində aşkar edildikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.

Tarix: 13-08-2022, 14:55 Oxunub: 61


Bölməyə aid digər xəbərlər