01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
“Ərzaq məhsullarının bahalaşmasının 3 əsas səbəbi var” - Deputat
“Dünyada ərzaq məhsullarının bahalaşmasının 3 əsas səbəbi var. Bahalaşmanın köklərini axtaranda ilk növbədə pandemiyanı qeyd etməliyik”.
GununNebzi.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev bildirib.
Rüfət Quliyev deyib ki, pandemiya dövründə dünya iqtisadiyyatında 8 faiz geriləmə oldu: “Ən çox zərər çəkən sahələrdən də biri nəqliyyat və logistika oldu, bu sahədə 77-75 faizlik iflasdan söhbət gedir. Bura turizm də daxildir. Dünya miqyasında pandemiyanın turizmə ziyanı 75 faiz civarında göstərilir. İkincisi, postpandemiya dövründə dünyada böyük investisiya qoyuluşları, iqtisadiyyatın inkişaf etdirilməsi prosesi uğurlu getməd. Üçüncüsü, Rusiya-Ukrayna müharibəsidir. Dünyada taxıl ixracağının 30 faizi Rusiya və Ukraynanın payına düşür. Taxıl və buğdadan başqa bir sıra kənd təsərrüfatı məhsullarını götürsək, dünya miqyasında ixracatın 10-15 faizi bu iki ölkənin payına düşür. Ona görə də müharibə nəticəsində dünya bazarına böyük zərbə dəydi”.
Deputat qeyd edib ki, bazar iqtisadiyyatı tələb, təklif və rəqabətlə idarə olunur: “Tələb artanda, təklif tələbi qarşılamayanda qiymətlər qalxır. Dünya bazarında qida məhsullarının qiymətinin artmasının təsirləri yenə də davam edir. Rusiya-Ukrayna müharibəsindən əlavə Suriyada müharibə nəticəsində son 10 ildə bir neçə milyon hektar torpaq yararsız hala düşüb. Yəni ərazilər minalanıb, zirehli texnikaların tapdağına çevrilib, bombalanıb. Bunların hamısı da son nəticədə bu problemlərə gətirib çıxarıb. Onu da nəzərə almaq lazımdır ki, müharibə olan ölkələrdə hazırda əkin aparılmır. Məsələn, son məlumatlara görə, gələn il Ukrayna keçən il əldə olunan məhsulun maksimum 50 faizini dünya bazarına çıxara biləcək. Gübrələrin də bahalaşdığını unutmaq olmaz”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü neft-qaz bazarında müşahidə olunan proseslərə də toxunub: “Bu bazarda da xüsusi oyunçular var. Neft-qaz sektorunda gedən oyunlar barəsində Prezident İlham Əliyev bir neçə dəfə maraqlı açıqlamalar verdi. Bunun arxasında dünyanı idarə edən bəzi qruplar, insanlar var. Bu qruplar, insanlar ümumbəşər daxili məhsulunun 55 faizinin sahibidirlər. Onların özləri heç dünyada əhalinin 1 faizinə bərabər deyillər”.
Rüfət Quliyev dünyada baş verən proseslər fonunda Azərbaycanın müvafiq tədbirlər gördüyünü, addımlar atdığını söyləyib: “Azərbaycan 2022-2023-cü illər üçün Rusiyadan 1,5 milyon ton taxıl sifariş edib. Bu da keçən ilə nisbətən 40 faiz çoxdur. Təbii ki, Azərbaycanın imkanı və münasibətləri var. Biz istənilən məhsulu istənilən ölkədən dünya qiymətlərinə ala bilərik. Azərbaycanın Rusiya ilə münasibətləri də çox yaxşıdır. Digər tərəfdən, Azərbaycana innovativ texnologiyalar gətirilərək istifadə edilir. İqtisadiyyatın ekstensiv formadan intensiv inkişaf formasına keçirik. Bu mərhələni də uğurla keçəcəyik. Təbii ki, bu, 1 ilin, 3 ilin məsələsi deyil, proses illərlə çəkəcək. Nəticədə get-gedə Azərbaycan özünü qida, ərzaq məhsulları ilə daha çox təmin edəcək. Bunun üçün Prezidentin göstərişi ilə əsaslı addımlar atılıb. Təbii ki, azad olunmuş ərazilərdə ən azı 600-700 min, hətta bəzi ekspertlər 1 milyon hektardan çox münbit torpaqdan danışırlar. Bu ərazilərdən 100 min hektar artıq hazırdır. Biz bu torpaqdan tədricən kənd təsərrüfatı məhsulları yetişdirmək üçün istifadə edəcəyik. İnanıram ki, aparılan siyasət nəticəsində inflyasiyanı cilovlaya biləcəyik. Çalışacağıq ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, buğdanın qiyməti çox artmasın”.
Bölməyə aid digər xəbərlər

Tarix: 16-08-2022, 18:43 Oxunub: 19
Bölməyə aid digər xəbərlər
30-05-2022, 17:38
Xersondan Rusiyaya taxıl ixracına başlanıldı
1-08-2022, 10:16
Ukrayna taxılını daşıyan ilk gəmi Odessa limanından yola düşdü
30-03-2022, 09:58
"Ərzaq qiymətlərinin artımı daha da sürətlənib" - Deputat
17-05-2021, 21:13
Dünyada ən çox satılan avtomobillər -SİYAHI