13:31 / 01-02-2025
“Bu tarixdən temperatur enəcək, güclü külək olacaq”
12:32 / 01-02-2025
Bakıda 12 yaşlı qız dəm qazından boğuldu
12:30 / 01-02-2025
DYP sürücü və piyadalara müraciət etdi
10:49 / 01-02-2025
Bakıda məktəbli qız faciəli şəkildə öldü
10:40 / 01-02-2025
Avronun dizaynı dəyişdiriləcək
10:39 / 01-02-2025
Təyyarə yaşayış binalarının yaxınlığında qəzaya uğradı
00:59 / 01-02-2025
Çörəyin qiyməti ilə bağlı açıqlama - Yenilənib
00:41 / 01-02-2025
Əli Əsədov pakistanlı nazirlə görüşdü
00:22 / 01-02-2025
Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq - Video
00:07 / 01-02-2025
Leysan Məmmədova yeni vəzifə verildi
00:00 / 01-02-2025
Bəşər Əsədin əmisi oğlu həbs edildi
23:36 / 31-01-2025
“Yoldaşı ilə gəlini həyətdə imiş, evdə kim var idi, ölüb” - Video
15:42 / 31-01-2025
“Lukaşenko ilə dialoqum bitib”
12:20 / 31-01-2025
Qalmaqallı birinci katib saxlanıldı, 500 manat cərimələndi
12:18 / 31-01-2025
Faytonçu Nazim insult keçirdi
11:04 / 31-01-2025
Kəlbəcər, Laçın və Ağdərədə daha 6 SES tikilir - VİDEO
11:03 / 31-01-2025
Qəzaya uğrayan təyyarədə 40 nəfərin cəsədi aşkarlanıb
10:58 / 31-01-2025
DYP dumanlı hava ilə bağlı xəbərdarlıq etdi
08:47 / 31-01-2025
Suriyaya səfər edən ilk lider o oldu - Foto
08:43 / 31-01-2025
Tramp BRİCS ölkələrini yenə hədələdi
01:09 / 31-01-2025
Bakıya məktəb avtobusları gətiriləcək
01:06 / 31-01-2025
Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür
22:03 / 30-01-2025
Tıxaclardan qurtuluruq - Yeni çəkiləcək yollar bunlardır
22:00 / 30-01-2025
Nəzrinin öldüyü gecə növbədə bu həkimlər olubmuş
17:32 / 30-01-2025
Abşeron icra hakimiyyətinin iki idarəsinin 280 min borcu var
17:25 / 30-01-2025
Azərbaycanlı iş adamı 20 milyon girov qoyub azadlığa çıxdı
17:24 / 30-01-2025
İlham Əliyev Trampa başsağlığı verdi
17:18 / 30-01-2025
Tanınmış ekspert həbs edildi
10:19 / 30-01-2025
Təlim maşını ilə qəza törətdi - Ölən var
09:31 / 30-01-2025
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşdu, 19 ölü - Video - Yenilənib
00:10 / 30-01-2025
Gürcüstanın nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırdı
Çörək bahalaşdı - RƏSMİ
İri un və çörək istehsalçıları birgə məlumat yayıb.
GununNebzi.az məlumata deyilir ki, COVİD-19 pandemiyasının təsirləri və dünya iqtisadiyyatında yaranan qeyri-müəyyənliklər səbəbilə təchizat zəncirlərinə mütəmadi təzyiqlərin yaranması, logistik xərclərin yüksəlməsi, bir çox ölkələrin tələbdən artıq ehtiyat yaratması və buğda istehsalçısı olan ölkələrin daxili bazarı qorumaq məqsədilə müxtəlif proteksionist tədbirləri fonunda dünya bazarlarında ərzaqlıq buğdanın qiymətində artım davam etməkdədir.
Əsas ərzaqlıq buğda istehsalçısı olan ölkələrdə yaranmış siyasi və hərbi münaqişələr səbəbilə dünya bazarlarında ciddi qiymət və tədarük riskləri, habelə həmin məhsulların qlobal ticarətində məhdudiyyətlər müşahidə olunur. Münaqişələrin yaratdığı qeyri-müəyyənliklər, ərzaqlıq buğdanın logistik xərclərinin kəskin şəkildə yüksəlməsi, ixracın məhdudluğu və digər istehsalçı ölkələrin tətbiq etdiyi ixrac qadağaları dünya bazarında təklifin azalmasına və qiymətlərin yüksəlməsinə gətirib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən, 2022-ci ilin iyul ayında 2021-ci ilin müvafiq ayı ilə müqayisədə ərzağın dünya üzrə qiymət artımı 13,1% səviyyəsində dəyərləndirilir. Təşkilatın proqnozlarına əsasən, 2022-ci ildə ümumilikdə qlobal istehsalın həcminin azalacağı gözlənilir.
Bununla yanaşı, ölkəmiz üçün xüsusilə önəmli olan məsələlərdən biri ən böyük ərzaqlıq buğda istehsalçılarından və Azərbaycana ixrac edilən buğdanın əsas mənbə ölkəsi olan Rusiyanın 2021-ci ilin fevral ayından tətbiq etdiyi yüksək ixrac tariflərinin hələ də qüvvədə qalmasıdır.
Dünya bazarlarında müşahidə olunan bu vəziyyət və ixracın məhdudlaşması ilə əlaqədar ölkəyə taxıl və un idxal edən sahibkarlıq subyektləri ciddi qiymət təzyiqləri ilə üzləşiblər. Cari ilin iyul ayında ölkəyə ərzaqlıq buğdanın orta idxal qiyməti 402,46 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 67% (orta idxal qiyməti 241 ABŞ dolları), dekabr ayı ilə müqayisədə isə 18,4% (orta idxal qiyməti 339,89 ABŞ dolları) yüksəkdir.
Bununla belə, ötən il ərzaqlıq buğdanın dünya üzrə kəskin bahalaşmasının Azərbaycana təsirinin azaldılması məqsədi ilə hökumətin ayırdığı subsidiyalar hesabına buğda və unun qiyməti real qiymətlərdən aşağı saxlanılıb. Subsidiyalar hesabına bu qiymətlərin uzunmüddətli dövrdə liberal iqtisadi tələblərə zidd olaraq qeyri-real səviyyədə saxlanılması mümkün olmadığından, cari ilin əvvəlindən etibarən ərzaqlıq buğda tədarükü və un istehsalı ilə məşğul olan sahibkarlıq subyektləri unun qiymətini ərzaqlıq buğdanın ilin əvvəlinə olan idxal qiymətinə uyğunlaşdırıb.
Un istehsalçıları çörək və un məmulatlarının qiymətini 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək göstərilən səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edib və ötən dövr ərzində ərzaqlıq buğdanın qiymətində artımlar baş versə də, unun qiymətində artım olmayıb. Bununla belə, dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasını zəruri edir.
Yaranmış vəziyyətdə idxal qiymətləri (ərzaqlıq buğdanın son üç ay üçün orta aylıq idxal dəyərinin 365 ABŞ dolları səviyyəsində olması) və emal xərcləri nəzərə alınmaqla, qiymətlərin yuxarı hədləri müəyyənləşdirilib: 50 kq-lıq bir kisə unun Bakı şəhərində ən yüksək qiymət həddi - 40,70 manat.
Nəticədə unun yeni qiymətinə uyğun olaraq 500 qr-lıq ənənəvi (dairəvi) çörəyin pərakəndə satış qiyməti - 55 qəpik, 600 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 65 qəpik, 650 qr-lıq çörəyin pərakəndə satış qiyməti - 70 qəpik təşkil edəcəkdir.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-08-2022, 11:16 Oxunub: 22
Bölməyə aid digər xəbərlər
6-01-2022, 13:21
Çörəyin qiyməti belə oldu - Rəsmi açıqlama
4-01-2022, 14:46
Çörək və un bahalaşıb? - İstehsalçılardan AÇIQLAMA
4-01-2022, 13:46
SON DƏQİQƏ: Azərbaycanda ÇÖRƏK KƏSKİN BAHALAŞDI - YENİ QİYMƏT
5-01-2022, 12:15
Un və çörək istehsalçılarına qiymət artımı ilə bağlı xəbərdarlıq
19-03-2022, 11:45
Dövlət Xidmətindən unun qiymətini qaldıranlara SƏRT XƏBƏRDARLIQ