23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Gömrükdə daha bir general təqaüdə göndərilib? - AÇIQLAMA + YENİLƏNİB

Gömrükdə daha bir general təqaüdə göndərilib? - AÇIQLAMA + YENİLƏNİB

Dövlət Gömrük Komitəsi general-mayor Vahabov Mirqasım Fazil oğlunun işdən çıxarılması barədə xəbəri təsdiqləməyib.

Komitədən Modern.az-a bildirilib ki, yayılan xəbər həqiqətə uyğun deyil.

11:17

Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi işdən çıxarılıb.

GununNebzi.az-
ın“Qaynarinfo"ya istinadən məlumatına görə, Komitə sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun əmri ilə, dünən Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi, general-mayor Vahabov Mirqasım Fazil oğlu təqaüdə göndərilib.

Xatırladaq ki, general-mayor Mirqasım Vahabov sabiq Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Aydın Əliyevin adamı kimi tanınıb. O, sabiq komitə sədri Səfər Mehdiyevin də inamını qazanıb.

Qeyd edək ki, general-mayor Vahabov Mirqasım Fazil oğlu 31 dekabr 1955-ci ildə Lənkəranda anadan olub.

Tarix: 19-08-2022, 15:16 Oxunub: 77


Bölməyə aid digər xəbərlər