20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
Şəhidin ailə üzvləri koronavirusa yoluxdu

Şəhidin ailə üzvləri koronavirusa yoluxduŞəhid Şaban Cəfərovun həyat yoldaşı Şərafət Cəfərova və qızı Nərminə Cəfərova yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

GununNebzi.az xəbər verir ki, bu barədə Report-a şəhidin qızı N.Cəfərova özü bildirib.

Onun sözlərinə görə, testin nəticəsi hələlik məlum olmasa da, hazırda o, Mingəçevir şəhərindəki yaşadığı mənzildə ev şəraitində müalicəyə cəlb olunub. Anası Ş.Cəfərova isə koronavirus testi pozitiv çıxdığından Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

“Hazırda özümü heç yaxşı hiss etmirəm. Danışmaqda çətinlik çəkirəm. Ümid edirəm ki, tezliklə sağalacağıq”, – o bildirib.

Qeyd edək ki, Şaban Cəfərov 1988-1992-ci illərdə Ağdam rayonunun Abdal Gülablı kəndində gedən döyüşlərdə şəhid olub.


Tarix: 27-06-2020, 16:26 Oxunub: 84


Bölməyə aid digər xəbərlər