23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Səhər yeməyi bu xəstəlikdən XİLAS EDİR

Səhər yeməyi bu xəstəlikdən XİLAS EDİR
Səhər yeməyi günün ən vacib qidası hesab edilir. Səhər qəbul olunan qida bədənə enerji verir, gün ərzində özünü gümrah hiss etməyə kömək olur. Mütəxəssislərin fikrincə yuxudan oyanandan sonra bir saat ərzində mütləq səhər yeməyi yeyilməlidir, çünki gecə boyu 10-12 saat ac qalan orqanizmin ayılandan sonra qidaya tələbatı artır.

İlk növbədə, qidalanmadan əvvəl bədən çəkisindən asılı olaraq təxminən 200-400 milliqram su içilməlidir. Səhər yeməyindən 1-2 saat sonra isə meyvə yemək çox faydalıdır. Çünki meyvənin həmin vaxt yeyilməsi orqanizmin vitaminə olan tələbatını ödəyir.

Səhər açılan süfrə müxtəlif qidalarla bol çeşidli, tərkibi protein, karbohidrat və vitaminlərlə zəngin olmalıdır. Səhər yeməyi üçün bal qatılmış yulaf sıyığı, yaxud süd məhsullarından hazırlanmış yeməklər də tövsiyə edilir.

Səhər yeməyi iş qabiliyyətini 30 faiz artırmaqla yanaşı, diqqəti toplamaq və eşitdiklərini yadda saxlamağa kömək edir, ürəyin fəaliyyətinə müsbət təsir göstərir, aclıq hissinin qarşısını alır.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, səhər yeməyi şəkər xəstəliyinə tutulmaq riskini aşağı salır.


Tarix: 29-06-2020, 09:00 Oxunub: 84


Bölməyə aid digər xəbərlər