15:18 / 15-11-2024
Putin Əliyevə zəng etdi
15:17 / 15-11-2024
Putin Əliyevə zəng etdi
13:04 / 15-11-2024
Yaponiya şahzadəsi öldü
21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
“Qiymət artımları obyektiv deyil” - DEPUTAT

“Qiymət artımları obyektiv deyil” - DEPUTAT

“Bu gün iqtisadiyyatda ən mühüm məsələ işsizliklə bağlıdır”.

GununNebzi.az
apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

O bildirib ki, işsizlik məsələsi, problem olaraq kifayət qədər böyükdür:

“Təklif edirəm ki, İqtisadiyyat Nazirliyi, eləcə də aidiyyəti qurumlarla bununla bağlı görüş keçirək. İkinci böyük problem inflyasiyadır. Bunun üçün biz ƏDV-ni differensiallaşdırmalıyıq. Biz hər məhsula 18 % ƏDV tətbiq edə bilmərik. Ərzaq məhsullarında bu tələbi dəyişmək qiymətlərin qismən azalmasına səbəb ola bilər. Hökumət ərzaq məhsullarına 0 % gömrük rüsumu tətbiq etməlidir. Çünki ərzaq məhsullarının qiyməti yüksəkdir, əhalinin gəlirləri bunu ödəmir. Qiymət artımları bu gün heç də obyektiv deyil. Buna nəzarət edilməlidir. 8 ayın yekunları onu göstərir ki, biz ilin axırına inflyasiyanı kifayət qədər azalda bilərik. 8 ayın bazasına baxanda onu görürük ki, iqtisadiyyatımızda elə ciddi problem yoxdur. Digər məsələ Rəqabət Məcəlləsi ilə bağlıdır. Hökumət üzvləri ilə danışıb bu layihənin payız sessiyasında qəbul edilməsi barədə razılıq əldə etməliyik. Hazırki şəraitdə bu məcəllənin qəbul edilməsi çox vacibdir”.

Komitə sədri Tahir Mirkişili cavabında qeyd edib ki, işsizliyin həlli yalnız dövlət üzərində olmamalıdır:

“Sizin bu təklifi yüksək dəyərləndirirəm və bu görüşə bir sıra özəl sektor, kiçik assosiasiyaları da dəvət edə bilərik. ƏDV ilə bağlı Dövlət Vergi Xidməti ilə müzakirələr apara bilərik. Amma bunun qiymət artımına necə təsir edəcəyini tam bilmirəm. Çünki Türkiyədə ərzaq məhsulları üzərindən əlavə dəyər vergisinin götürülməsi qiymət artımına təsir etmədi, əksinə dövlət həmin vergini də itirdi”.

Tarix: 19-09-2022, 13:10 Oxunub: 30


Bölməyə aid digər xəbərlər