21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Vahid Əhmədov: "Bu, bazarda qiymət artımına təsir edir"

Vahid Əhmədov: "Bu, bazarda qiymət artımına təsir edir"

“Dövlət rüsumu haqqında” qanunda çox ciddi dəyişikliklər getməlidir. Bu rüsumların bir çoxu ərzaq məhsulları ilə bağlıdır. Bu da ümumi bazarda qiymət artımına təsir edir”.

GununNebzi.az-
ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

V. Əhmədov bildirib ki, qanunların Milli Məclisdə müzakirəsi zamanı deputatların səsləndirdiyi təkliflər nəzərə alınmalıdır: “Büdcəyə vergi və gömrük daxilolmaları xətti ilə çox böyük daxilolmalar gəlir. Dövlətin nəzarətində olan qurumların vergidən və rüsumdan azad olunmasına nə ehtiyac var? Biz uzun illərdir deyirik ki, dövlət qurumlarının çoxu özəlləşdirilməlidir”.

Deputat qeyd edib ki, vergi güzəştlərinin strukturuna baxmağa ehtiyac var: “Biz indi dövlət rüsumuna dair qanunu qəbul edəndə qeyd etdik ki, bir sıra dövlət qurumlarına cərimələrdən ayırmalar olur. Buna artıq son verməyin vaxtı çatıb. Cərimələrdən daxil olan vəsaitin hamısı büdcəyə daxil olmalıdır. Büdcənin şəffaflığının təmin edilməsi üçün ciddi addımlar atılmalıdır. Hesab edirəm ki, kölgə iqtisadiyyatının, korrupsiya və rüşvət hallarının aradan qaldırılması üçün Hesablama Palatası daha sərt addımlara getməlidir”.

Tarix: 10-11-2021, 13:55 Oxunub: 187


Bölməyə aid digər xəbərlər