21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Əvəz Zeynallı ev dustaqlığına buraxılmadı - YENİLƏNİB

Əvəz Zeynallı ev dustaqlığına buraxılmadı - YENİLƏNİB

Bu gün Binəqədi Rayon Məhkəməsində həbs edilən jurnalist Əvəz Zeynallının şikayətinə baxılıb.

GununNebzi.az-
ın"Unikal"a istinadən məlumatına görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən iclasda şikayət təmin edilməyib.


***

Bu gün jurnalist Əvəz Zeynallının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılacaq.

GununNebzi.az
xəbər verir ki, vəsatət Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin icraatına verilib.

Məhkəmə prosesi saat 16:00-a təyin olunub.

Rəsmi ittihama əsasən, “Xural Yayınları” MMC-nin baş direktoru Əvəz Zeynalovun “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlara əsasən, Əvəz Zeynalov barəsində cinayət işi başlanıb və Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Tarix: 21-09-2022, 17:39 Oxunub: 31


Bölməyə aid digər xəbərlər