23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Həftə sonu yalnız bu şəxslər avtomobildən istifadə edə biləcəklər - KAMRAN ƏLİYEVDƏN AÇIQLAMA

Həftə sonu yalnız bu şəxslər avtomobildən istifadə edə biləcəklər - KAMRAN ƏLİYEVDƏN AÇIQLAMAXəbər verildiyi kimi, xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb. Bu uzadılma müddətində həftə sonlarında daha sərt qaydalar tətbiq olunacaq. Qarşıdakı həftə sonları (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək; 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək) bütün ictimai nəqliyyatın hərəkəti tam dayandırılacaq, insanların da hərəkəti maksimum dərəcədə məhdudlaşdırılacaq. Lakin qaydaların sərtləşdirilməsinə baxamayaraq, bəzi sahələrin fəaliyyətinə və inasanlara zəruri ehtiyaclarını təmin etməsi üçün müəyyən qaydalar çərçivəsində hərəkətlərinə icazə veriləcək. Belə olan təqdirdə həftəsonları ictimai nəqliyyatın tam dayandırılması insanlara müəyyən problemlər yaradacaq. Bunun üçün onlar mənzil başına çatmaq üçün ya öz şəxsi avtomobillərindən, və yaxud da taksi xidmətindən istifadə etməlidirlər.

GununNebzi.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev “Ölkə.Az”a açıqlamasında bildirib ki, SMS icazəsi olan vətəndaşlar həftəsonu sərtləşdirilmiş karantin rejimi zamanı öz şəxsi avtomobillərindən istifadə etmək hüququna malikdirlər:
“Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarında hər hansı bir qadağa yoxdur”.

Kamran Əliyev eyni zamanda iş icazəsi olan vətəndaşların da öz şəxsi avtomobilindən istifadə edə biləcəklərini bildirib:

“İş icazəsi olan vətəndaşlar da rahat şəkildə avtomobilləri ilə rahat şəkildə istifadə edə biləcəklər. Ancaq onlar avtomobillərindən müəyyən olunmuş iş saatı ərzində idarə edə bilərlər. Onlar müəyyən olunmuş iş saatından sonra həmçinin gecə vaxtları hərəkət edə bilməzlər”.


Tarix: 3-07-2020, 17:22 Oxunub: 156


Bölməyə aid digər xəbərlər