Daha bir ölkədən ruslara qadağa: Sentyabrın 30-dan...

Daha bir ölkədən ruslara qadağa: Sentyabrın 30-dan...

Finlandiya hökuməti Rusiya sərhədində sərnişin axınını əhəmiyyətli dərəcədə məhdudlaşdıracağını və sentyabrın 30-dan turist vizası ilə gedən Rusiya vətəndaşlarının ölkəyə girişini qadağan edəcəyini açıqlayıb.

GununNebzi.az-
ın xarici mediaya istinadən məlumatına görə, xarici işlər naziri Pekka Haavisto keçirdiyi mətbuat konfransında, "Qərar rus turistlərin Finlandiya ərazisinə daxil olmasını və tranzit keçməsini tamamilə əngəlləmək məqsədi daşıyır" deyib.
Hökumətin bəyanatında deyilir ki, rusiyalı turistlərin Finlandiyaya davamlı gəlişi ölkənin beynəlxalq əlaqələrini təhlükə altına alıb.

Finlandiyadakı sərhəd qapıları Rusiya vətəndaşlarının Avropa İttifaqı ölkələrinə quru yolu ilə daxil olması üçün nadir keçid məntəqələrindəndir.

Aİ-nin Rusiyaya qarşı sanksiyaları səbəbindən Rusiyadan Aİ ölkələrinə uçuşlar mümkün deyil. Rusiya ilə həmsərhəd olan digər Aİ ölkələri də keçidlərə icazə vermir.
Sentyabrın 1-dən Finlandiya Rusiya vətəndaşlarına verilən vizaların sayını normanın onda birinə endirmişdir.

Tarix: 29-09-2022, 16:03 Oxunub: 19


Bölməyə aid digər xəbərlər