Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş-Foto+Yenilənib

Özünü qatarın altına atan oğlan vəfat etdi - Şəhid qardaşı imiş-Foto+Yenilənib
Yanvarın 7-də Bakı Metropoliteninin “Ulduz” stansiyasında özünü qatarın altına atan gənc vəfat edib.

GununNebzi.az-
ın qafqazinfo -ya istinadən etdiyi məlumata görə, Tovuz rayon sakini 2007-ci il təvəllüdlü Aslanov Saməddin Sakit oğlu açıq kəllə-beyin travması ilə daxil olduğu Sabunçu Tibb Mərkəzində ötən gecə dünyasını dəyişib.

Bildirilir ki, intihar edən gənc 1-ci kurs tələbəsidir.

Şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev bildirib ki, Saməddin Vətən müharibəsi şəhidi Babək Aslanovun qardaşıdır. O, intihar etməzdən əvvəl sosial şəbəkədə bunun anonsunu verib və ağır psixoloji vəziyyətdə olduğunu, intiharına görə heç kimin günahkar olmadığını bildirib.

***

Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza belə cavab verildi:

“Yanvarın 7-si saat 22:40 radələrində 2007-ci il təvəllüdlü şəxs Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Baş-beynin travması diaqnozu ilə Cərrahi reanimasiya şöbəsinə yerləşdirilən pasiyentin vəziyyəti ağır qiymətləndirilib. Aparılan müalicə və reanimasiyon tədbirlərə baxmayaraq, ötən gün saat 13:00 radələrində onun ölüm faktı qeydə alınıb”.

Qeyd edək ki, Babək Aslanov 1994-cü ildə Tovuzun Yanıqlı kəndində anadan olub. 2020-ci il oktyabrın 3-də Füzuli döyüşləri zamanı şəhid olub. Doğulduğu kənddə dəfn olunub. "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəsur döyüşçü" medallarıyla təltif olunub.


Tarix: Bu gün, 11:14 Oxunub: 0


Bölməyə aid digər xəbərlər