ABŞ nümayəndələri Kiyevə getdi

ABŞ nümayəndələri Kiyevə getdi
Ukraynaya yardım üzrə təmas qrupunun Almaniyada keçiriləcək iclasından əvvəl Amerika nümayəndə heyəti Kiyevə gedib.

GununNebzi.az
xarici KİV-ə istinadən xəbər verir ki, nümayəndə heyətinə ABŞ Milli Təhlükəsizlik Şurasının Ukrayna üzrə direktoru Uinfild Svanton başçılıq edib.

Bildirilib ki, görüşün əsas mövzularından biri ABŞ-nin 2024-cü ildə Ukraynaya göstərdiyi yardımın nəticələrinin müzakirəsi, həmçinin 2025-ci il üçün müdafiə nazirlikləri arasında əməkdaşlığın planlaşdırılması olub.

2025-ci ildə Ukrayna üçün prioritet vəzifələr, o cümlədən cəbhə boyu Müdafiə Qüvvələrinin gücləndirilməsi, bölmələrin döyüş hazırlığının yüksəldilməsi, Ukrayna hava məkanının mühafizəsinin gücləndirilməsi və müdafiə sənayesinin inkişafı müəyyən edilib.

Qeyd edək ki, Ramştayn formatında növbəti görüş yanvarın 9-na planlaşdırılıb. Görüşdə ABŞ-nin müdafiə naziri Lloyd Ostin iştirak edəcək.


Tarix: Dünən, 16:52 Oxunub: 1


Bölməyə aid digər xəbərlər