Rusiyada neft bazası PUA ilə vuruldu - Video

Rusiyada neft bazası PUA ilə vuruldu - Video
Yanvarın 8-nə keçən gecə Ukrayna ordusu Rusiyanın Saratov vilayətinə pilotsuz uçuş aparatları ilə hücum edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı vilayətin qubernatoru Roman Busarqin açıqlayıb.

Onun sözlərinə görə, hücum nəticəsində Engels şəhərində partlayışlar qeydə alınıb. O bildirib ki, zərərsizləşdirilən PUA qalıqları sənaye obyektlərinin üzərinə düşüb və müəyyən zərərlər vurub.

Rusiya teleqram kanalları isə söhbətin neft bazasından getdiyini yazıb və hücumdan sonra yanan bazanın görüntülərini paylaşıb.

İlkin məlumata görə, hücum zamanı xəsarət alan olmayıb.


(Qafqazinfo)


Tarix: Dünən, 11:20 Oxunub: 2


Bölməyə aid digər xəbərlər