Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən qəzet redaksiyalarına maliyyə yardımının göstərilməsi məqsədilə 16 iyun 2020-ci il tarixində elan edilmiş müsabiqə başa çatıb.
GununNebzi.az xəbər verir ki, müsabiqə qaydalarına uyğun olaraq “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda təsbit olunmuş sahələr üzrə layihə-təkliflər təqdim etmiş qəzet redaksiyalarının müraciətlərinə baxılıb və aşağıda qeyd edilən qəzetlər qalib elan olunub.
Ümumilikdə 18 qəzetə maliyyə yardımı ayrılıb.
Həmin qəzetlərin siyahısını təqdim edirik:
“Yeni Azərbaycan” qəzeti
“Səs” qəzeti
“Şərq” qəzeti
“525-ci qəzet”
“Yeni Müsavat” qəzeti
“Bakı-Xəbər” qəzeti
“Azernews” qəzeti
“Novoye Vremya” qəzeti
“Xalq Cəbhəsi” qəzeti
“Hürriyyət” qəzeti
“Ədalət” qəzeti
“Azad Azərbaycan” qəzeti
“Türküstan” qəzeti
“Olaylar” qəzeti
“Paralel” qəzeti
“Unikal” qəzeti
“Həftə içi” qəzeti
“Nedelya” qəzeti
Bölməyə aid digər xəbərlər