01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Çiy dönər istehsalı müəssisəsində pozuntular aşkarlandı

Çiy dönər istehsalı müəssisəsində pozuntular aşkarlandı

Çiy dönər istehsalı müəssisəsində pozuntular aşkarlanıb.

GununNebzi.az
xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirlib ki, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bilgəh-Nardaran-Kürdəxanı şosesi 14-cü kilometr ünvanında fəaliyyət göstərən fiziki şəxs Əlövsət Hətəm oğlu Musayevə məxsus çiy dönər istehsalı müəssisəsində plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qanunsuz fəaliyyət göstərdiyi, həmçinin qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkar edilib. Müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə riayət olunmadığı, qida tullantılarının üstü açıq qablara yığılaraq kənarlaşdırıldığı, xammal və inqridiyentlərin çirklənmədən mühafizə olunmadığı və digər nöqsanlar müəyyən olunub. Aşkar edilmiş pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

AQTA əhalinin sağlam qida ilə təmin edilməsi sahəsində mütamadi olaraq müvafiq tədbirlər həyata keçirir.

Tarix: 31-10-2022, 12:44 Oxunub: 45


Bölməyə aid digər xəbərlər
19-01-2021, 10:48 Çörək sexi bağlandı