23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Baş Prokuror qanun pozuntuları ilə bağlı GÖSTƏRİŞ VERDİ

Baş Prokuror qanun pozuntuları ilə bağlı GÖSTƏRİŞ VERDİ

Noyabrın 22-də Baş prokuror Kamran Əliyev Sumqayıt Şəhər Prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Qubadlı və Abşeron rayonlarından olan vətəndaşları qəbul edib, qanun pozuntuları ilə bağlı göstərişlər verib.

GununNebzi.az
xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, qəbuldan əvvəl Baş prokuror xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib. Daha sonra Kamran Əliyev Heydər Əliyev Mərkəzinə gələrək ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif illərini əks etdirən eksponat və fotoşəkillərlə tanış olub.

Qəbulda iştirak edən 53 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilən cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilən qanun pozuntuları, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.

Qəbuldan sonra Baş prokuror Sumqayıt Şəhər Prokurorluğunda Qubadlı rayon, Sumqayıt şəhər və hərbi prokurorluqalarının əməkdaşlarının iştirakı ilə müşavirə keçirərək vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkili, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması, cinayətkarlığa qarşı mübarizənin daha da gücləndirilməsi ilə bağlı öz tövsiyələrini verib.

Daha sonra Baş prokuror Qubadlı rayon və Sumqayıt hərbi prokurorluqlarına getməklə orada yaradılan iş şəraiti ilə tanış olub.

(Unikal)

Tarix: 22-11-2022, 16:21 Oxunub: 37


Bölməyə aid digər xəbərlər