07:39 / 23-11-2024
Almaniyanın xarici işlər naziri 17 illik evlilikdən sonra boşanır
07:36 / 23-11-2024
"WhatsApp"dan möhtəşəm FUNKSİYA
07:34 / 23-11-2024
“İğtişaş olsa, interneti kəsəcəyəm” - Lukaşenko
01:59 / 23-11-2024
Kanada NASAMS-ı Ukraynaya çatdırdı
01:39 / 23-11-2024
Azərbaycanlı diplomat İstanbulda 70 kiloqram qızılla saxlanıldı
01:36 / 23-11-2024
Tramp Ukrayna münaqişəsinə son verə bilər
01:34 / 23-11-2024
"Azərbaycanla sülhün bağlanması üçün hər şeyi edəcəm" - Paşinyan
20:22 / 22-11-2024
Həmin rəislər hakim qarşısına çıxarılır - Milyonlar yeyilib...
20:20 / 22-11-2024
Məktəb direktoru faciəvi şəkildə öldü
16:35 / 22-11-2024
Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi
16:34 / 22-11-2024
Prezidentdən nazirlə bağlı - Sərəncam
16:33 / 22-11-2024
Bayramov Berbokla görüşdü - Fotolar
15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
Azərbaycanda moped sürmək üçün vəsiqə tələb olunacaq
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunacaq.
GununNebzi.az xəbər verir ki, bu, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir.
Bu yanaşma həm moped sürücülərinin, həm də onların çalışdıqları şirkətlərin məsuliyyətini artıracaq. Yol hərəkəti qaydalarını pozan mopedçilər asanlıqla müəyyən ediləcək və digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına tabe olacaqlar.
Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alınaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir.
Məsələ ilə bağlı danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov xatırladıb ki, cari ilin yalnız son 10 ayında motosikl və mopedçilərin iştirakı ilə 196 yol-nəqliyyat hadisəsi qeydə alınıb: “18 nəfər həlak olub, 49 nəfər yaralanıb. 135-i isə maddi zərərlə nəticələnib. Statistikaya əsasən moped sürücülərin iştirakı ilə baş verən hər yol-nəqliyyat hadisəsində daha çox gənclər xəsarət alır və dünyasını dəyişir”.
Kamal Cəfərovun sözlərinə görə, müşahidə göstərir ki, moped sürücüləri yol nəqliyyat nişanlarına, işıqforlara məhəl qoymurlar: “Çalışdıqları kuryer və poçt şirkətləri onları tələsdirirlər. Mopedlər tıxac zamanı çətinlik yaradırlar, xaotik sürürlər. Eyni zamanda gənclərin dəbilqəsiz və bəzi hallarda sükanı bir əli ilə idarə etməsi, yolların əks istiqamətində və səkilərdə sürməsi qəza risklərini daha da artırır, həm özlərinin həm də digər sərnişinlərin həyatını təhlükə altına salır. Daha dəqiq desək ki, digər nəqliyyat vasitələrin sürücüləri daha çox maddi zərər görsə də, yaralanan və həlak olan elə moped sürücülərinin özləri olur”.
O bildirib ki, bu cür halların təkrar olunmasının əsas səbəbi də yol hərəkəti qaydalarını pozan mopedçilərin cəzasız qalmasıdır: “Cəzasız qalmaları onları yeni pozuntular törətməyə təşviq edir. Lakin son nəticədə ən çox maddi və fiziki zərər görən özləri olur. Yol hərəkəti zamanı bu cür ölüm və qəza hallarının qarşısını almaq üçün, mopedçilərin və digər sərnişinlərin həyatını qorumaq üçün “Yol hərəkəti haqqında” Qanununa və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir. Dəyişikliyə əsasən konstruktiv maksimal sürəti 50 km/saatdan artıq olan bütün nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanı ilə təmin edilməsi və sürəti 50 km/saatdan çox olan mopedçilərin sürücülük vəsiqəsi alması təklif edilir. Bu yanaşma həm moped sürücülərinin həm də onların çalışdıqları şirkətlərin məsuliyyətini artıracaq. Yol hərəkəti qaydalarını pozan mopedçilər asanlıqla müəyyən ediləcək və digər nəqliyyat vasitələrinin sürücüləri kimi yol hərəkəti qaydalarına tabe olacaqlar. Hazırda moped sürücülərinin sayının minlərlə olduğunu nəzərə alaraq, qanunun 6 ay sonra qüvvəyə minməsi təklif edilir. Baş Dövlət yol polisi idarəsinin məlumatına əsasən bu prosesin asan və şəffaf keçirilməsi üçün xüsusi komissiya yaradılıb, mopedçilər üçün sürücülük vəsiqəsi (A1) imtahanlarının məzmunu sadələşdirilib. Bildirilib ki, hazırda Baş Dövlət yol polisi idarəsi gün ərzində rahatlıqla 400 nəfərin imtahan prosesindən keçməsini təmin edə bilir. İmtahanın müddəti isə cəmi 15 dəqiqədir”.
Kamal Cəfərov qeyd edib ki, vətəndaş cəmiyyəti üzvlərinin də sürücülük vəsiqəsi imtahanlarının keçirilməsi prosesində iştirakı təmin ediləcək: “Qanun layihəsinin məruzəçisi kimi mən də bir neçə imtahan prosesinin müşahidəsində iştirak edəcəyəm. Marağı olan digər həmkarlarım da mənə qoşula bilər”.
Deputatın sözlərinə görə, layihəyə əsasən nəqliyyat vasitəsinin rəngi dəyişdirildikdə onun 10 gün ərzində dövlət qeydiyyatından keçirilərək uçota alınması da təklif edilir: “Bu tələbə riayət edilməməsi inzibati məsuliyyətə səbəb olacaq. Bundan əlavə, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən polis əməkdaşları ilə sürücülərin təmasının azaldılması, potensial konfliktlərin aradan qaldırılması məqsədilə dayanma və ya durma qaydalarının pozulması ilə bağlı bütün növ inzibati xətalara görə məsuliyyətin foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrdən istifadə edilməklə elektron qaydada tərtib edilən qərarlar əsasında müəyyən edilməsi təklif edilir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 28-11-2022, 16:16 Oxunub: 26
Bölməyə aid digər xəbərlər
1-11-2021, 10:59
Sürücülük vəsiqəsinə görə rüsumlar ARTIRILIR
23-06-2022, 20:08
Yol hərəkəti qaydalarını pozan şəxslərlə bağlı QƏRAR
1-02-2021, 18:07
Sürücülük vəsiqəsi ilə bağlı dəyişiklik
24-01-2022, 12:29
Azərbaycanda avtomobillərin parklanması müddəti 48 saata qədər uzadılır