02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
“O, öldürülən milyarderlər sırasında olmamaq üçün Qarabağa gəlib”

“O, öldürülən milyarderlər sırasında olmamaq üçün Qarabağa gəlib”

“Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən qanunsuz erməni silahlı dəstələri Azərbaycan mövqelərini atəşə tutur”.

GununNebzi.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sahib Alıyev deyib.

Deputat qeyd edib ki, Rusiya öz sülhməramlı kontingentinin regionda ömrünü uzatmaq istəyir: “Qarabağdakı Azərbaycan toponimlərinin qondarma erməni adları ilə təqdim edilməsi təxribatdır. Qarabağdakı Azərbaycan yer adlarının erməni adı ilə təqdimatı heç nəyi dəyişməyəcək. Bu gün Ruben Vardanyan kimi dələduzları da Qarabağa göndəriblər. Vardanyan ora könüllü gəlməyib, onu Qarabağa göndəriblər. Vardanyan bəlkə də Rusiyada öldürülən milyarderlər sırasında olmamaq üçün Qarabağa gəlib. Bu, aydın görünür. Vardanyan kimi dələduzu ya Qarabağdan rədd etmək, ya da tutub Bakıya gətirmək lazımdır”.


(Qafqazinfo)

Tarix: 29-11-2022, 12:14 Oxunub: 46


Bölməyə aid digər xəbərlər