İrəvandan daha 647 erməni Xankəndinə gətirilib.
GununNebzi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, erməniləri daşıyan avtobuslar Rusiya sülhməramlı kontingenti və hərbi polisin patrulları tərəfindən müşayiət olunub.
"Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və iyirmi üç müşahidə məntəqəsində atəşkəsə əməl olunmasına nəzarət edirlər. Rusiya sülhməramlı kontingentinin hərbi qulluqçuları vətəndaşların daimi yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastrukturu bərpa edirlər. Ümumilikdə 40,300-dən çox insan artıq Qarabağdakı yaşayış yerlərinə qayıdıb" - açıqlamada deyilir.
Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq 10 noyabr Moskva vaxtı ilə 00:00-dan etibarən atəşkəs elan edilib və Dağlıq Qarabağdakı bütün hərbi əməliyyatlar dayandırılıb.
Bölməyə aid digər xəbərlər