23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Tovuzda növbəti erməni təxribatı : Jurnalistlər və deputatlar atəşə tutuldu

Tovuzda növbəti erməni təxribatı : Jurnalistlər və deputatlar atəşə tutulduErmənistan Silahlı Qüvvələri dinc vətəndaşları hədəf almaqda davam edir.

GununNebzi.az Trend-ə istinadən xəbər verir ki, erməni silahlı bölmələri növbəti dəfə Tovuzun Dondar Quşçu kəndini atəşə tutub. Atəşin təsirini kənd sakinləri ilə bərabər orada olan media nümayəndələri və bölgədə olan Millət vəkilləri Arzu Nağıyev, Qənirə Paşayeva, onların köməkçiləri də hiss ediblər.

Məlumata görə, Qənirə Paşayevə erməni silahlı qüvvələrinin atəşlərinin təsirindən bir anlıq müvazinətini itirərək yıxılıb və qolunu zədələyib.

Ərazidə olan vətəndaşlardan, jurnalistlərdən və deputatlardan heç kimin ciddi xəsarət almadığı bildirilir.


Tarix: 15-07-2020, 18:09 Oxunub: 95


Bölməyə aid digər xəbərlər