01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
23:06 / 06-11-2024
Netanyahu Trampa zəng etdi
23:02 / 06-11-2024
Hərbçimiz intihar etdi
19:35 / 06-11-2024
Sabah qaz olmayacaq
Ərzaq məhsulları anbarında nöqsanlar aşkarlandı - FOTO

Ərzaq məhsulları anbarında nöqsanlar aşkarlandı - FOTO

Gəncədə ərzaq məhsullarının saxlandığı anbarda nöqsanlar aşkar edilib.

GununNebzi.az
xəbər verir ki Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.

Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində fəaliyyət göstərən, “N.A.N.T.” MMC-yə məxsus anbarda keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Baxış zamanı anbarda 3, 5 və 6 kiloqramlıq qutularda müxtəlif çəkilərdə qablaşdırılmış etiket məlumatları qeyd edilməyən “Klyukvennaya”, “Snejok”, “Ptiçye moloko”, “İmbimaya”, “Belissimo” əmtəə nişanlı şəkərli qənnadı məmulatlarının satışının həyata keçirildiyi müəyyən edilib.

Qanunvericiliyə uyğun olaraq, aşkar edilmiş nöqsanlarla bağlı inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub və icrası məcburi göstərişlər verilib.
Ərzaq məhsulları anbarında nöqsanlar aşkarlandı - FOTO
Ərzaq məhsulları anbarında nöqsanlar aşkarlandı - FOTO

Tarix: 20-12-2022, 16:38 Oxunub: 14


Bölməyə aid digər xəbərlər