23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Vaqif Dərgahlı: Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub

Vaqif Dərgahlı: Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olubDüşmən tərəfi döyüşlər zamanı hansısa tankımızın vurulması, “Qrad” yaylım atəş sistemindən istifadə olunması, qan çatışmazlığı kimi şayiələr yayırdılar.

GununNebzi.az xəbər verir ki, bunu iyulun 21-də keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı deyib.
V.Dərgahlı bildirib: “Düşmənin bu cür dezinformasiyalarına inanmayın. Müdafiə Nazirliyinin məlumatlarının ictimaiyyətə çatdırılmasında mühüm rolu olan media nümayəndələrinə təşəkkür edirik. 2016-cı ilin aprelindəki əməliyyatlarda olduğu kimi, Müdafiə Nazirliyinin elektron poçt ünvanına on minlərlə müraciət daxil olub. Bu günədək Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub. Eyni zamanda, vətəndaşlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, müraciətlər Müdafiə Nazirliyinə deyil, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə ünvanlanmalıdır”.


Tarix: 21-07-2020, 15:00 Oxunub: 104


Bölməyə aid digər xəbərlər