20:06 / 05-11-2024
Azərbaycana qar yağır
18:25 / 05-11-2024
Flora Kərimovaya nə olub?
12:59 / 05-11-2024
Prezident Qırğızıstandadır
18:20 / 04-11-2024
18 yaşlı qız intihar etdi
18:13 / 04-11-2024
Pezeşkian Azərbaycana gəlir
Kəmaləddin Heydərov 38 yaşlı polkovniki Regional Mərkəzə rəis təyin etdi

Kəmaləddin Heydərov 38 yaşlı polkovniki Regional Mərkəzə rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis təyin edilib.

GununNebzi.az-
ın Qaynarinfo”-ya istinadən məlumata görə, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Vüqar Qüdrət oğlu Ağayev FHN-in Muğan Regional Mərkəzinə rəis təyin olunub.

O, bu vəzifədə Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundovu əvəzləyib. Mehman Axundov öz istəyi ilə təqaüdə göndərilib.
Qeyd edək ki, 1985-ci ildə Bakı şəhərində anadan olan Vüqar Ağayev indiyədək Bakı Regional Mərkəzinin rəis müavini idi. Azərbaycan Beynəlxalq Universitetini bitirən 38 yaşlı polkovnik ailəlidir, iki övladı var.

Onu da qeyd edək ki, FHN-in Muğan Regional Mərkəzinə Salyan, Neftçala, Hacıqabul, Sabirabad, Saatlı, Biləsuvar, İmişli rayonları və Şirvan şəhəri daxildir.

Tarix: 20-01-2023, 16:11 Oxunub: 12


Bölməyə aid digər xəbərlər