23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Kəmaləddin Heydərov generalı rəis təyin etdi

Kəmaləddin Heydərov generalı rəis təyin etdi

Fövqəladə Hallar Nazirliyində kadr dəyişiklikləri olub.

GununNebzi.az
“Unikal”a istinadən xəbər verir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi general-mayor Məhərrəm Həsənov vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə o, FHN-nin Bakı Regional Mərkəzinin rəisi vəzifəsinə təyin olunub.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisinin birinci müavini, qərərgah rəisi vəzifəsinə isə Gəncə Regional Mərkəzinin rəisi polkovnik Asif Məmmədli təyinat alıb.

Tarix: 24-08-2022, 16:52 Oxunub: 20


Bölməyə aid digər xəbərlər
23-12-2021, 15:21 Generala yeni vəzifə verildi