11:49 / 07-01-2025
Onlara yeni vəzifə verildi
Bakıda ümumşəhər iməciliyi keçiriləcək

Bakıda ümumşəhər iməciliyi keçiriləcək

Novruz bayramı ərəfəsində şənbə günü, mart ayının 4-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda “Novruz bayramını təmiz şəhərlə qarşılayaq” devizi ilə ümumşəhər iməciliyinin keçirilməsi qərara alınıb.

GununNebzi.az
xəbər verir ki, iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcək.

Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.


Tarix: 3-03-2023, 11:36 Oxunub: 16


Bölməyə aid digər xəbərlər