00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
13:31 / 11-11-2024
Quterreş Bakıdadır
“Vaqner” Baxmutu tərk edir

“Vaqner” Baxmutu tərk edir

“Vaqner” özəl hərbi şirkətinin muzdlu döyüşçüləri Ukraynanın Baxmut şəhərini tərk edəcək.

GununNebzi.az
“Ukrainskaya pravda”ya istinadən xəbər verir ki, bu barədə məlumatı şirkətin rəhbəri Yevgeni Priqojin Rusiya Müdafiə Nazirliyinin rəhbərliyinə ünvanladığı məktubda açıqlayıb.

Onun sözlərinə görə, “Vaqner” muzdluları mayın 10-u Baxmutu tərk edərək mövqelərini Rusiya ordusunun bölmələrinə təhvil verəcəklər: ““Vaqner” bölmələrini Baxmutdan çıxarıram, çünki silah-sursat olmadan onlar mənasız ölümə məhkumdurlar”.

Xatırladaq ki, Y.Priqojinin teleqram kanalında yerdə onlarla cəsədin olduğunu əks etdirən video yayılıb. Görüntülərdə Priqojin qeyri-qanuni silahlı birləşmə üzvlərinin meyitlərini göstərərək onların mayın 4-ü Ukraynada müharibədə həlak olduqlarını iddia edir. Buna səbəb kimi isə 70 faiz silah-sursat çatışmazlığını göstərir.

Tarix: 5-05-2023, 12:46 Oxunub: 12


Bölməyə aid digər xəbərlər