21:47 / 24-11-2024
Bu da xatirə - Fotosu
02:07 / 24-11-2024
Çingiz Şəfiyev vəfat etdi
02:04 / 24-11-2024
Prezidentdən daha bir FƏRMAN
Peskovun oğlu “Vaqner”ə qoşularaq Ukraynada döyüşdüyünü açıqladı

Peskovun oğlu “Vaqner”ə qoşularaq Ukraynada döyüşdüyünü açıqladı

Kremlin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskov Ukraynada təxminən 6 ay Rusiyanın muzdlu şirkəti “Vaqner”in tərkibində döyüşdüyünü açıqlayıb.

GununNebzi.az
xəbər verir ki, bu haqda o, “Komsomolskaya Pravda” qəzetinə danışıb.

33 yaşlı Peskov, “Bu mənim borcum idi. Dostlarım və başqaları ora gedəndə mən oturub seyr edə bilməzdim”, - deyib.

“Vaqner”ə qoşulmağın onun qərarının olduğunu açıqlayan Peskov prosesi bilmədiyini və atasının ona kömək etdiyini vurğulayıb.

Qeyd edək ki, “Vaqner” Rusiyada “özəl hərbi şirkət” kimi tanınır. Şirkət Ukraynada hərbi cinayətlər törətməkdə və insan hüquqlarını pozmaqda ittiham olunur. (Qafqazinfo)

Tarix: 24-04-2023, 13:58 Oxunub: 15


Bölməyə aid digər xəbərlər