23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
DYP-dən moped və moto sürücülərinə - Xəbərdarlıq

DYP-dən moped və moto sürücülərinə - Xəbərdarlıq

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi moped və moto idarə edən sürücülərə xəbərdarlıq edib.

İdarə rəsmisi, polis mayoru Araz Əsgərli bildirib ki, yaz mövsümü ilə əlaqədar bəzi moped və moto idarə edən şəxslər motodəbilqədən istifadə etmir:

"Motodəbilqədən istifadə etməmək inzibati məsuliyyət formalaşdırmaqla yanaşı, yol-nəqliyyat hadisəsi zamanı risk yaradır. Bu da yol-nəqliyyat hadisələrində geri dönüşü olmayan faciələrə yol açır. Bütün moped və moto idarə edən sürücülərə, eləcə də onların sərnişinlərinə nəzərdə tutulan qaydalara ciddi riayət etməyi, özlərinin və sərnişinlərinin həyat və sağlamlığını biganə qalmamağı xahiş edirik.
Moto dəbilqədən istifadə etməyən sürücülərin İnzibati Xətalar Məcəlləsinə əsasən 40 manat, sərnişinlərin isə 30 manat məbləğində cərimə olunması nəzərdə tutulur".

Tarix: 23-05-2023, 14:46 Oxunub: 16


Bölməyə aid digər xəbərlər
10-11-2021, 20:02 DYP-dən XƏBƏRDARLIQ