23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçildi

İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçildi

2023-cü il iyunun 24-də Məhkəmə-Hüquq Şurasının yeni tərkibdə ilk iclası keçirilib.

GununNebzi.az
xəbər verir ki, iclasda Məhkəmə-Hüquq Şurasının sədrliyinə Şuranın üzvü İnam Kərimovun namizədliyi irəli sürülərək səsverməyə qoyulub.

Şura üzvlərinin yekdil səsi ilə İnam Kərimov Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

İnam Kərimov qeyd edib ki, əsası Azərbaycan xalqının ulu öndəri Heydər Əliyev tərəfindən qoyulan məhkəmə-hüquq islahatları bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Sədr "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" ölkə Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı məhkəmə sistemində yeni mərhələnin başlanması kimi qəbul edildiyini diqqətə çatdırıb.

İclasda, həmçinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində qarşıda duran vəzifələr müzakirə olunub və müvafiq təkliflər verilib.

Tarix: 24-06-2023, 22:11 Oxunub: 52


Bölməyə aid digər xəbərlər