23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İşlərin və xidmətlərə görə ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib

İşlərin və xidmətlərə görə ƏDV-dən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib

Prezident İlham Əliyev “Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

GununNebzi.az
xəbər verir ki, Fərmana əsasən, dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı genişlənib.

Bu siyahıya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində “Azərbaycan Standartlaşdırma İnstitutu, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geoloji Kəşfiyyat Agentliyi”, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində “Geodeziya və Kartoqrafiya Agentliyi”, Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi”, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Elm Fondu, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Mərkəzi Nəbatat Bağı”, Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Dendrologiya Bağı”, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti, Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” daxil edilib.
Bu Fərman 2023-cü il yanvarın 1-dən tətbiq edilir.

Tarix: 25-06-2023, 22:41 Oxunub: 17


Bölməyə aid digər xəbərlər