21:01 / 10-01-2025
ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi
20:58 / 10-01-2025
Son günlərdə həbs olunan tiktokerlərin - Siyahısı
20:57 / 10-01-2025
Bakıda quldurluqda şübhəli bilinənlər saxlanıldı
20:46 / 10-01-2025
36 yaşlı hakimin qəfil ölümünün təfərrüatı - Foto
20:44 / 10-01-2025
Bu şirkətlərin quş ətlərində bakteriya aşkarlandı - Rəsmi
16:24 / 10-01-2025
“Xaricdəydim, Ətağanın cəddini çağırdım, yollar açıldı...” - Akif Əlizadə
16:14 / 10-01-2025
İki sahibkar axtarışa verildi - Milyonlar ölkəyə qaytarılmayıb
16:13 / 10-01-2025
Baş nazirin müavinlərinin sayı üç oldu
15:24 / 10-01-2025
Yeni informasiya sistemi yaradıldı - REİS
10:54 / 10-01-2025
Polisə tabe olmayan sürücü həbs edilib
10:50 / 10-01-2025
Yaponiya Rusiya banklarına və 51 şirkətə qarşı sanksiya tətbiq edib
10:41 / 10-01-2025
Metro ilə rekord sayda sərnişin daşınıb
10:39 / 10-01-2025
AMEA prezidentinin oğlunun ŞOK İFADƏSİ - SENSASİYA!
10:36 / 10-01-2025
“Putin mənimlə görüşmək istəyir”
06:50 / 10-01-2025
Avropa Rusiya hava məkanından istifadə etməməyə çağırdı
06:49 / 10-01-2025
İcra başçısı sakinlərlə görüşdə belə isindi - Foto
00:41 / 10-01-2025
Müdafiə Nazirliyi məlumat yaydı
19:26 / 09-01-2025
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən kənarlaşdırıldı
19:24 / 09-01-2025
Xəzərdə narkopriton təşkil edən 12 nəfər saxlanıldı - FOTO
19:20 / 09-01-2025
“Bu, Ermənistanın “xoş niyyətlərinin” təsdiqi hesab edilə bilməz” - Ayxan Hacızadə
17:49 / 09-01-2025
Bakının məşhur bazarı bu əraziyə köçürülür - VİDEO
17:47 / 09-01-2025
Azərbaycanda regional təhsil idarəsində KÜTLƏVİ İXTİSAR
17:43 / 09-01-2025
İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi
15:46 / 09-01-2025
Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edildi
15:43 / 09-01-2025
İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
14:41 / 09-01-2025
İlqar Mustafayevin həbs müddəti uzadıldı
14:38 / 09-01-2025
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
14:37 / 09-01-2025
Ötən il Dövlət Xidmətinin 249 əməkdaşı
11:50 / 09-01-2025
"Şuşa"nın yerində bu universitet olacaq - FOTO
11:40 / 09-01-2025
Los-Ancelesdə meşə yanğınlarının arealı genişlənib, 100 min nəfərin təxliyəsinə göstəriş verilib - FOTO
11:37 / 09-01-2025
Bakıda məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır
11:37 / 09-01-2025
Cəbrayılda avtomobil aşıb, ölən və xəsarət alanlar var
AYNA taksi sürücüləri üçün təlimlərə başladı - FOTOLAR
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə təlimlərə başlanılıb. Yeni qaydalara əsasən, sürücülərin xüsusi təlimlərdən keçmədən fəaliyyət göstərmələri yolverilməzdir. Qeyd edək ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
GununNebzi.az xəbər verir ki, taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi ilə vətəndaş məmnunluğunun artırılması məqsədini daşıyan təlimlər tədris kabinetlərində və təlim meydançasında müvafiq sahə üzrə yüksək ixtisaslı, təcrübəli müəllim heyəti və təlim ustaları cəlb olunmaqla keçirilir.
İştirakçılara sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlar, taksi minik avtomobilləri ilə sərnişindaşıma qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri və sürücülərə dair tələblər, eləcə də etik davranış qaydaları aşılanır. Tədris proqramına taksi fəaliyyətində tətbiq edilən müasir texnologiyalar və proqram təminatlarından istifadə, sürücünün iş və istirahət rejimi normalarına riayət olunması, sərnişindaşımada hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ilk tibbi yardımın göstərilməsi kimi mövzular daxil edilib. Proqramın yekununda imtahan təşkil edilir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə şəhadətnamə təqdim olunur.
Təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Bölməyə aid digər xəbərlər

Tarix: 29-08-2023, 12:06 Oxunub: 9
Bölməyə aid digər xəbərlər
22-09-2020, 19:30
Azərbaycanda taksi sürücüləri ilə bağlı VACİB YENİLİK
12-06-2023, 11:44
Taksi sürücülərinin NƏZƏRİNƏ
17-05-2023, 16:43
Taksi şirkətlərinə XƏBƏRDARLIQ
18-08-2023, 19:53
Taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün 3000 manat dövlət rüsumu ödənilməlidir
23-04-2021, 12:48
Daxili İşlər nazirliyinə daha bir səlahiyyət verildi