Baş nazirin müavinlərinin sayı üç oldu

Baş nazirin müavinlərinin sayı üç oldu
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamları ilə maliyyə naziri Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.

GununNebzi.az
xəbər verir ki, bununla Baş nazirin müavinlərinin sayı 3-ə çatıb.

Belə ki, hazırda Baş nazir Əli Əsədovun birinci müavini vəzifəsini Yaqub Eyyubov tutur. O, 1999-cu ildə müavin, 2003-cü ildə isə birici müavin təyin edilib.

Baş nazirin müavini isə Şahin Mustafayevdir. 2008-ci ildən 2019-cu ilədək 3 müxtəlif nazirliyə rəhbərlik etmiş Şahin Mustafayev artıq 6-cı ildir ki, Nazirlər Kabinetində çalışır.

Qeyd edək ki, S.Şərifovdan əvvəl də bir neçə nazir vəzifədən azad edildikdən sonra Baş nazirin müavini təyin edilib. Onlardan biri Şahin Mustafayev, digəri isə eks-kənd təsərrüfatı naziri İsmət Abbasov olub.


Tarix: Bu gün, 16:13 Oxunub: 2


Bölməyə aid digər xəbərlər