10:41 / 15-01-2025
“Bəxtiyar Hacıyevlə bağlı qərara xarici müdaxilə qəbuledilməzdir” - XİN
10:23 / 15-01-2025
Bacısının evində dəm qazından boğuldu
10:22 / 15-01-2025
İşlədikləri mağazadan 148 televizor oğurladılar
01:31 / 15-01-2025
ABŞ Ermənistanla o sazişi imzaladı
00:56 / 15-01-2025
Türkiyədə saxta içkidən 11 nəfər öldü
00:49 / 15-01-2025
Beynəlxalq Ədalət Məhkəməsinin sədri istefa verdi
00:38 / 15-01-2025
Hafiz Hacıyevin “pensiya almıram” iddiasına - Rəsmi cavab
20:29 / 14-01-2025
“Landmark” niyə 120 milyona satılır? - Rəsmi açıqlama
20:25 / 14-01-2025
Məktəbli qız qızdırmadan öldü
20:23 / 14-01-2025
Plastik cərrahlar efirlərə buraxılmayacaq
18:48 / 14-01-2025
“Qara qutu”ları açdıq, orada maraqlı məlumatlar var”
17:17 / 14-01-2025
Dini icma üzvünə sui-qəsd hazırlayanlar saxlanıldı
17:02 / 14-01-2025
Metroda qadına qarşı əxlaqsız hərəkətlər etdi - Həbs olundu
13:04 / 14-01-2025
Dumanlı yolda 6 maşın toqquşdu - Fotolar
08:21 / 14-01-2025
“Kiyevə gəl” - Zelenskidən Fitsoya cavab
08:18 / 14-01-2025
Bu ölkələri “təhdid” adlandırdı
08:17 / 14-01-2025
Daha bir ölkədən Moskvaya uçuşlar dayandırıldı
08:15 / 14-01-2025
Almaniya Ukraynaya yeni nəsil haubitsalar yolladı
08:13 / 14-01-2025
AZAL-ın üç təyyarəsi dumana görə Gəncədə eniş etdi
01:02 / 14-01-2025
Polisə getmədən qeydiyyata necə düşək? - Video
00:50 / 14-01-2025
Şəmsəddin Xanbabayev dünyasını dəyişdi
21:01 / 13-01-2025
Bakıda məşhur klinikanın rəhbəri VƏFAT ETDİ
20:59 / 13-01-2025
Zelenskini danışıqlara çağırdı
20:59 / 13-01-2025
Mirzoyan ABŞ-yə gedir
18:42 / 13-01-2025
Araqçı Nyu-Yorka gedir
18:40 / 13-01-2025
Qobustanda restorana basqın edənlər saxlanıldı - Video
18:39 / 13-01-2025
Qusarda itkin düşən tibb bacısının meyiti tapıldı
16:04 / 13-01-2025
Salyanda ərinin qətlinə görə tutulan qadın sərbəst buraxıldı
15:58 / 13-01-2025
Prezident BƏƏ-yə getdi - Video - Fotolar
15:53 / 13-01-2025
“400 nəfərin yerinə işləyə bilməzdim axı…” - Abasquliyeva
15:42 / 13-01-2025
Küləkli hava ilə bağlı - Xəbərdarlıq
15:35 / 13-01-2025
Xanım qeydiyyatçı klinikanın 74 minini mənimsəməkdə ittiham edilir
Metroda yeni ödəniş üsulunun tətbiqinə başlanılır - Fotolar
Bakı metropolitenində pilot layihə kimi ilk dəfə yeni ödəniş üsulunun tətbiqinə başlanılır.
Qurumdan verilən məlumata görə, Bənövşəyi xəttin “Xocəsən” və “8 Noyabr” stansiyalarında sərnişinlər “BakıKart” plastik kartından savayı, “BakıKart” mobil tətbiqinin QR biletlərindən də istifadə edə bilərlər.
Bildirilib ki, bu məqsədlə “BakıKart” ödəmə sistemini həyata keçirən “K Group” MMC stansiyaların avtomat buraxılış-nəzarət məntəqələrindəki qurğularda (turniketlərdə) texniki işləri yerinə yetirib, proqram təminatını həyata keçirən sistemlər quraşdırıb, test rejimində sınaqlar aparıb.
Yeni üsul kartsız, həmçinin elektron cihazlar üzərindən ödəmə imkanlarını genişləndirməyə, sərnişinlərə xidmət mədəniyyətinin keyfiyyətini yüksəltməyə kömək edir.
Bu üsulla ödəməni həyata keçirmək üçün aşağıda qeyd edilən addımları atmaq lazımdır:
“BakıKart” mobil tətbiqini “Google Play” və yaxud “App Store” tətbiqlərindən yükləmək;
Mobil tətbiqdə qeydiyyatdan keçmək (mobil nömrədən istifadə edilir və şifrə yaradılır);
Pul kisəsində balansı ən azı 1 manat artırmaq;
QR bilet (yaxud biletlər) yaratmaq (Bilet yalnız 5 dəqiqə etibarlıdır);
Turniketlərdə QR bileti ödəmə displeyinə yaxınlaşdırmaq və keçmək.
Tətbiq “BakıKart” plastik kartını almağa sərf olunan 2 manata qənaət etməyə imkan verir. Daim əl altında plastik kart saxlamağa ehtiyac qalmır. Sadəcə, QR bileti yaratmaq üçün mobil telefonunuzun internetə çıxışının olması yetərlidir.
QR bilet vaxta qənaətdir. Sərnişin plastik karta gediş haqqını yükləmə terminalına yaxınlaşmadan, elə hərəkətdə ikən mobil cihazında QR bilet yaradaraq turniketlərə yaxınlaşa bilər.
Bundan savayı, mobil tətbiqdən istifadə edərkən ödəniş tarixçələrini izləmək imkanı da əldə edilir. Bu isə sərnişinə ictimai nəqliyyatdan istifadə edərkən aylıq büdcəsini elektron qaydada daha rahat izləməyə kömək edəcək.
QR bilet istifadəçiləri bir neçə məqamı diqqətdə saxlamalıdırlar:
QR bilet yalnız bir gediş üçün etibarlıdır;
QR bilet 5 dəqiqə ərzində etibarlıdır;
QR bilet üçün “pul kisəsi”ndə 1 manat bloklanır;
Gediş haqqı bloklanan məbləğdən çıxılır və qalıq məbləğ “pul kisəsi”nə qaytarılır;
QR biletdən 5 dəqiqə ərzində istifadə edilməzsə, bloklanan məbləğ 72 saat ərzində “pul kisəsi”nə qaytarılır.
Mobil tətbiq istifadəçiləri texniki məsələlərlə bağlı *4343 qısa nömrəsinə və “141” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
“K Group” MMC-nin pilot layihəsinin davamı kimi, ödənişin yeni üsulu növbəti mərhələdə Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyalarında tətbiq edəcək. Həmçinin, QR biletlə ödəniş imkanlarının mərhələli şəkildə Yaşıl və Qırmızı xətlərin stansiyalarında tətbiqi üzərində texniki işlərə başlanılıb.
Qeyd edək ki, Bakı metropolitenində gediş haqqının ödənilməsi 2015-ci ilin avqust ayından “BakıKart” plastik kartları vasitəsilə həyata keçirilir
Bölməyə aid digər xəbərlər

Tarix: 6-09-2023, 09:28 Oxunub: 24
Bölməyə aid digər xəbərlər
1-06-2023, 10:32
Bu avtobus da “BakıKart”a keçdi
1-09-2020, 19:52
“BakıKart”ı onlayn yükləmək mümkün olacaq
24-09-2021, 15:51
Artıq “BakıKart”ınızın hesabını onlayn artıra bilərsiz - Video
24-05-2021, 17:29
Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq
29-07-2021, 16:27