23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Daha bir marşrut xəttində ödəniş “BakıKart”la olacaq

Sabahdan Bakıda 184 nömrəli marşrut xətti (“Ulduz” m/s – Suraxanı qəs.) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi xəbər yayıb.

Məlumata görə, iş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq.

Qeyd edək ki, 17 may tarixindən 29 və 81, 18 may tarixində 71 və 83, 19 may tarixində 53 və 66, 20 may tarixində 31 nömrəli müntəzəm marşrut xətləri üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödənilməyə başlanılıb.

Tarix: 24-05-2021, 17:29 Oxunub: 230


Bölməyə aid digər xəbərlər
30-01-2021, 14:56 Bu avtobus da kartla olacaq