23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bakıda daha bir marşrut xətti “BakıKart”a keçdi

Bakıda daha bir marşrut xətti “BakıKart”a keçdiBütün digər xidmət sahələrində olduğu kimi sərnişindaşımalarda da nağdsız hesablaşmaların tətbiqi prioritet məsələlərdəndir. Dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48 %-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

Nağdsız ödəniş sisteminin tətbiqi dövriyyənin şəffaflaşdırıması, vergi ödəmələrinin artırılması, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sürücülərin və digər çalışanların sosial rifahının yaxşılaşdırılması baxımından olduqca faydalıdır. Sərnişindaşımalarda təhlükəsizlik kimi vacib məsələlərin həlli baxımından əhəmiyyətli olan nağdsız ödəniş sistemi həmçinin bu sektorda sahibkarlığın inkişafında struktur və keyfiyyət dəyişikliyinə də müsbət təsir göstərməkdədir.

15.02.2021-ci il tarixindən 44 nömrəli marşrut xətti (“Qara Qarayev” m/s-Zığ qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda da gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.


Sərnişinlərin rahatlığı nəzərə alınaraq Zığ qəsəbəsi ərazisində, 2 ünvanda “BakıKart”ın balansını artırmaq üçün ödəmə pos- terminalları qoyulacaq.


İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.


Tarix: 14-02-2021, 11:06 Oxunub: 221


Bölməyə aid digər xəbərlər
30-01-2021, 14:56 Bu avtobus da kartla olacaq