23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Baş prokuror 86 vətəndaşı dinlədi - Fotolar

Baş prokuror 86 vətəndaşı dinlədi - Fotolar
Fevralın 9-da Baş prokuror Kamran Əliyev Saatlı rayon prokurorluğunun inzibati binasında Saatlı, Sabirabad, Biləsuvar, Cəbrayıl rayonu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Baş Prokurorluqdan verilən məlumata görə, qəbulda iştirak edən 86 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, habelə mülki xarakterli mübahisələr və sosial problemlərə dair qeyd olunan məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra prokurorluq əməkdaşları ilə görüş keçirən Kamran Əliyev onlara konkret tapşırıqlar verib. Vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.


Tarix: 9-02-2024, 16:46 Oxunub: 1


Bölməyə aid digər xəbərlər